Ekspert insanları ayıq-sayıq olmağa çağırdı:   “Yalandan yazırlar ki, filan qədər itkimiz var”

saytların hazırlanması

Evə çatdırılma

Ekspert insanları ayıq-sayıq olmağa çağırdı: “Yalandan yazırlar ki, filan qədər itkimiz var”

Maraqlı

12 Sentyabr 2023 15:50 2486


Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslər barədə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər görülür. 

Davam etdirilən tədbirlərlə “Tik-Tok” platformasında feyk (saxta) profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb və ona 15 sutka həbs cəzası verilib. 

Bəs görəsən, vətəndaşların bu tip xəbərləri yaymaqda məqsədləri nədir? Onlar bunu bilərəkdən edirlər, yoxsa öz təcrübəsizliklərinin qurbanına çevrilirlər?  pizza mizza

Məsələ ilə bağlı Yenisabah.az-a hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev danışıb. Onun sözlərinə görə, bəzən insanlar bunu diqqət çəkmək, baxış sayı toplamaq üçün edirlər: 

"Bu məsələni iki istiqamətdə dəyərləndirə bilərik: birincisi, onların bir hissəsi sadəcə bilməzlikdən, baxış, "like" toplamaq xatirinə bəlli görüntüləri, təsdiqlənməmiş xəbərləri paylaşmaqla özlərini çox məlumatlı biri kimi göstərməyə çalışırlar. Bəziləri isə ölkə xaricindəki qüvvələr tərəfindən idarə olunur. Məsələn, onların bəzisi hələ də Qarabağın kimə aid olduğunu bilmir, bunu zamanın göstərəcəyini deyirlər. Təbii ki, bu şəxslərin də məsuliyyətə cəlb olunması vacib idi. Hər bir halda, artıq güc strukturlarımız saxta məlumat yayanlara qarşı tədbir görməyə başlayıb. Bu, müsbət haldır". 

Ekspert özü də sosial şəbəkələrdə bu cür hallarla rastlaşdığını bildirib. O, insanları ayıq-sayıq olmağa səsləyib:

"Bu yaxınlarda sosial şəbəkədə mən də bu cür saxta informasiya ilə rastlaşdım. Bir nəfər tanınmaz-bilinməz şəxs saxta hesabla "Facebook"da 23 nəfər şəhidimizin olduğunu yazmışdı. Və bunu onlarla insan bəyənib "Allah rəhmət eləsin" yazmışdı. Bu posta rəy yazanların da düşüncəsi elə onu yazan səviyyəsindədir. Şəhid xəbərini dövlət niyə gizlətsin ki? Bunu necə gizləmək olar? Şəhid varsa, onun dəfni olacaq, valideynləri sığorta pulu alacaq və s. 

Maraqlısı isə odur ki, bu tip xəbər yayanlar bir nəfərin belə ad soyadını yazmır. Yazırlar ki, Laçın istiqamətində filan qədər itkimiz var. Laçında on minlərlə insan xidmət edir, hamısının valideyni, yaxınları bunu oxuyub narahat olurlar. Başlayırlar bizi, aidiyyəti güc strukturlarını, dövlət orqanlarını yığmağa. Beləcə, yazılan yanlış bir xəbərə görə hamının zamanı xərclənir. 

Bu məsələdə sosial şəbəkə istifadəçiləri ayıq-sayıq olmalıdırlar, belə xəbərlər görəndə hüquq-mühafizə orqanlarına xəbər verməlidirlər.  İnsanlar bir qədər ayılıb düzdür, amma bu, hamıya aid deyil, hələ də yuxuda olanlar var. Onlar yaydıqları feyk məlumatlarla ermənilərə işləyirlər. Ermənilər də prim edib bunu bizim adımızdan paylaşırlar". 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!