Ekspert nazirliyi yalançılıqda ittiham edir

saytların hazırlanması

Evə çatdırılma

Ekspert nazirliyi yalançılıqda ittiham edir

İqtisadiyyat

06 Avqust 2019 17:14 1190


“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün Bakcell və Azercell-ə nömrə resurslarının ayrılamsı ilə bağlı məlumat yayıb. Bildirib ki hər iki qurumdan yeni kodların verilməsi ilə bağlı müraciət daxil olub və bu müraciətlərə baxılır”.

“Yeni Sabah” xəbər verir ki, bunu texnologiya üzrə mütəxəssis Osman Gündüz deyib. O, bildirib ki, onun üçün qaranlıqdır ki, bu Nazilrikdə nə baş verir, proseslər necə idarə olunur, kimlər qərar verir:

“Bakcell rəsmi olarq deyir ki, 3 il olar 099- kodla bağlı NRYTN-a müraciət olunub. Lakin bu müddət ərzində məqsədlönlü olaraq müraciətə baxılmayıb . Nəticədə Bakcell NRYTN-nin antiinhisar qanunu pozması ilə bağlı Antiinhisar Dövlət qurumuna üz tutuib. Marqarita pizza

Antiinhisar Dövlət Xidməti bildirir ki, ötən ay Bakcell-in müraciətinə baxılıb.

Antiinhisar Dövlət qurumu qanuna uyğun olaraq NRYTN üçün icrası məcburi olan qərar qəbul edib və 099 kodun məcburən Bakcell-ə verilməsi üçün göstəriş verib.

NRYTN isə bundan sonra, tam əksinə, tələsik Azercell-ə 010 kodu vermək haqqında qərar verib və Bakcell-ə 099 -la bağlı Müqaviləni ləngidib ki, digəri bazarda üstünlük qazana bilsin.

Yəni, normalda NRYTN Antiinhisar Dövlət Xidmətinin məcburi göstərişi ilə bağlı məlumat yayıb bunun izahatını verməliydi.

NRYTN isə məlumat yayıb ki Bakcell-dən 3 il öncə müraciət daxil olub və ona baxılır . Söz tapmıram ki, bunu izah edəm. Ümid edirəm aidiyyatı qurumlar daha yaxşı anlayarlar ki, əslində nə baş verir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!