Elçibəy onu silmişdi –  “Sənin Prezidentlə danışmaq imkanın var idi ki?”

saytların hazırlanması

Evə çatdırılma

Elçibəy onu silmişdi –  “Sənin Prezidentlə danışmaq imkanın var idi ki?”

Siyasət

11 Oktyabr 2019 17:46 4214


AXC-Müsavat hakimiyyətinin Baş naziri olmuş Pənah Hüseyn həmin dövrdə Təhsil naziri vəzifəsində çalışmış Firudin Cəlilovun test üsulu ilə bağlı iddialarına cavab verib. 

“Yeni Sabah” xəbər verir ki, Pənah Hüseyn Firudin Cəlilovun dediklərini “saçma iddialar” adlandırıb.

“Müsahibəni oxudum və təəccübləndim, məyus oldum və qəzəbləndim. Bu nə saçma iddialar? Azərbaycanda qəbul imtahanları sahəsində hökm sürən korrupsiyanın aradan qaldırılması üçün test imtahan sisteminin tətbiqi ideyası da, bu işi həyata keçirəcək və Təhsil Nazirliyindən, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərindən asılı olmayan, birbaşa prezidentə tabe olan orqanın - TQDK-nın yaradılması ideyası da, bu ideyaların realllaşdırılması ilə bağlı icraya yönəlik rəsmi göstərişlər də birbaşa Elçibəyə məxsusdur və AXC-nin seçki platformasına daxil idi. Firudin Cəlilovun guya, bu məsələ ətrafında prezidentlə davalar, mübahisələr etməsi, prezidentin məni Firudin Cəlilovu bu məsələlərə razı salmaq üçün onun yanına göndərməsi barədə deyilənlər isə belə demək mümkünsə, sadəcə, gopdur və o dövrdə idarəçilik sistemində işləyənlərdə yalnız gülüşə və bir də Firudin müəllimin sağlıq halına dua oxumağa səbəb ola bilər”, -deyə Pənah Hüseyn bildirib. pizza mizza

Keçmiş Baş nazir həmçinin qeyd edib ki, mərhum Prezident Əbülfəz Elçibəyin Firudin Cəlilovla münasibətləri ürəkaçan olmayıb: “Firudin müəllim, ümumiyyətlə, prezidentin qəbulunda məncə, heç bir dəfə də olmayıb. Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan vəzifədə də mənim təkidlərimdən və xahişlərimdən sonra saxlamışdı, bir şərtlə ki, Firudin Cəlilov onun gözünə görünməsin. Bunu ki, hamı bilir! Mənim Firudin müəllimin yanına gedib-gəlməyimə gəldikdə isə açığı, mən onun heç hansı kabinetlərdə oturduğu bir yana qalsın, kabinetinin hansı mərtəbədə olduğunu da bilməmişəm. Çünki buna ehtiyac olmayıb".

Pənah Hüseyn Firudin Cəlilovun Tələbə Qəbulu Üzrə Döblət Komitəsinin sədri vəzifəsinə Vurğun Əyyubun namizədliyini irəli sürməsi barədə dediklərinin doğru olmadığını bildirib: “Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini Firudin Cəlilov irəli sürüb. Əslində, bu dəqiq deyil. Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi. Müəyyən narazılıqları vardı... Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy,1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə universitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun prezidentin təklifini qəbul etmədiyini demişdim, o da danışıb razılığa gətirmişdi. Bu qədər. İndi bu adam deyir ki, guya, prezident Vurğun Əyyubun namizədliyinin əleyhinə olub! Ya sənin Prezidentlə danışmaq imkanın var idi ki, onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!

Mən Firudin müəllimə hörmətlə yanaşmışam. Onun xidmətlərini qiymətləndirmişəm. Və zaman-zaman demişəm ki, bu doğru olmayan söhbətləri qurtar. Hər kəs olduğu və durduğu yerdə böyükdür. Belə görünür ki, inandıra bilməmişəm. Təəssüf..."

Xatırladaq ki, Firudin Cəlilov Azərbaycanda qəbul imtahanlarının test üsulu ilə keçirilməsi ideyasının Əbülfəz Elçibəyə deyil, özünə məxsus olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!