Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər edib.
"Yeni Sabah" xəbər verir ki, səfər çərçivəsində o, Polşanın Baş nazirinin ofisində Xarici Məsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, Polşa Prezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlər Komissiyasının sədri Qjeqoj Sxetına, Prezident Ofisində Təhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqada generalı Andjey Kovalski və xarici işlər nazirinin müavini Marçin Bosatski ilə görüşlər keçirib.
Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada Cənubi Qafqazda geosiyasi proseslər, “Orta Dəhliz” və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə çıxış edib. Həmçinin, Elçin Əmirbəyov Polşanın əsas ictimai televiziya kanalı olan “TVP World” və “Polşa Xəbərlər Agentliyi” kimi nüfuzlu media orqanlarına müsahibələr verib. Marqarita pizza
Telegram kanalımız