Elçin Quliyev helikopter qəzasında yaralanmış sərhədçilərlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Elçin Quliyev helikopter qəzasında yaralanmış sərhədçilərlə görüşdü

Maraqlı

03 Dekabr 2021 11:38 828


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəti­cəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilova baş çəkib. 

Bu barədə Yenisabah.az-a DSX-dən məlumat verilib.

General-polkovnik Elçin Quliyev hərbi qulluqçularla söhbət etmiş, səh­hətlərinin vəziyyətilə maraqlanmış, tezliklə sağalmalarını arzulamışdır. pizza mizza

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunmuş, onların sağlamlıqlarının bərpa olun­ması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildi­rilmişdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!