Elçin Quliyev sərhəddə Gürcüstan rəsmisi ilə görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Elçin Quliyev sərhəddə Gürcüstan rəsmisi ilə görüşüb

Siyasət

27 May 2019 14:39 1345


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin dövlət sərhədində işçi gö­rüşü ke­çirilib.

DSX-dən "Yeni Sabah"a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində mövcud əməliyyat şəraiti, sərhəd rejiminin təmin edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 

29 may Bakı şəhərində baş tutacaq futbol üzrə Avropa Liqasının final oyununa tamaşa etmək üçün hava, dəmiryolu və avtomobil nəqliyyatı ilə Gür­cüstandan ölkəmizə gələcək azarkeşlərin dövlət sərhədindən buraxılış məntəqələrindən sadələşdirilmiş qaydada keçmələri, bu kateqoriyadan olan şəxslər və onların nəq­liyyat vasitələri üçün xüsusi keçid şəraitinin yaradılması üzrə məsələlər nə­zərdən keçirilmiş və razılaşdırılıb.  pizza

Görüşdə sərhəd təhlükəsizliyinin təminatı üçün Azərbaycan və Gürcüstan sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!