Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir

saytların hazırlanması

Evə çatdırılma

Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir

Hadisə

26 Sentyabr 2020 14:37 1025


Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun səhhətindəki problemlər məlum oldu.

Yenisabah.az xəbər verir ki, E.Həsənov onurğa sütunu və bağırsağından əməliyyat olunub. Həmçinin sabiq səfirin qanında ağ qan hüceyrələri olan leykositlərin qırmızı qan hüceyrələri olan eritrositləri üstələdiyi bildirilir. E.Həsənov ürəyi qidalandıran tac damarlarında daralma və tıxanmalardan da əziyyət çəkir.

Qeyd edək ki, Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. Sabiq səfir barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.  /Unikal.org pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!