“Diqlas” Ticarət Mərkəzində yanğın nəticəsində mağazaları və malları yanan sahibkarlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun evinin önündə etiraz aksiyası keçirə bilərlər.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “AzPolitika.info“ya yanğın zamanı zərərçəkmiş sahibkarlardan biri məlumat verib. Onun sözlərinə görə, zərərçəkmişlər “Diqlas”ın sahiblərindən biri olan Eldar Mahmudovun oğlu Anar Mahmudovun nə özünün, nə də Ticarət Mərkəzinə icarə haqqını yığan adamlarının onlarla maraqlanmamasından qəzəbləniblər. Buna görə də Eldar Mahmudovun yaşadığı evin qarşısına gedərək, etirazlarını ifadə etmək istəyirlər.
“Bildiyiniz kimi “Diqlas” Ticarət Mərkəzinin iki sahibi olub. Onlardan birinin hərbi prokurorun qardaşı, iş adamı Şahmar Vəliyev, digərinin isə Anar Mahmudov olduğu bildirilir. Şahmar Vəliyevin Ticarət Mərkəzinin idarəçiliyini tapşırdığı şəxslər sahibkarların önünə çıxaraq, müəyyən vədlər versələr də, Anar Mahmudovun adamları ümumiyyətlə ortadan yox olublar. Bu da haqlı olaraq zərərçəkmiş sahibkarları qəzəbləndirib” - deyə məlumat verən mənbə bildirib. Pepperoni pizza
Mənbə “Diqlas”da yanğının baş verməsinə görə əsas məsuliyyətin təhlükəsizlik qaydalarına əməl etməyən Ticarət Mərkəzinin sahibi olan şəxslərin, o cümlədən Anar Mahmudovun üzərində olduğunu bildirdi. Qeyd edib ki, bununla əlaqədar Anar Mahmudovla bağlı cinayət işinin açılması da istisna deyil.
Telegram kanalımız