Eldar Mahmudovun generalı yenidən hakim qarşısında 

saytların hazırlanması

Evə çatdırılma

Eldar Mahmudovun generalı yenidən hakim qarşısında 

Kriminal

09 Mart 2020 16:35 1152


Azadlığa çıxan keçmiş MTN generalı ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. 

“Yenisabah”ın məlumatına görə, generalın şikayətinə mart ayının 6-da hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılıb. 

Xatırladaq ki, 2018-ci lin noyabr ayında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əks-kəşfiyyat Baş İdarəsinin rəisi olmuş, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayevə Bakı Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib və azadlığa çıxıb. pizza hut

Qeyd edək ki, Ə.Əsədullayev MTN ləğv olunandan sonra sərəncama götürülüb. General 2018-ci ildə həbs edilib və ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!