Eldar Mansurovun oğlu yüksək vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Eldar Mansurovun oğlu yüksək vəzifəyə təyin olundu

İqtisadiyyat

06 Fevral 2025 10:10 7751


Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub. “Yeni Sabah” xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.

Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər. Sezar pizza

Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb. Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub. Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.

Bildirək ki, Anar Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur. O, bundan əvvəl "AzerGold" QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - "Azerblast" MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq "AzRe Təkrarsığorta" ASC-nin Direktor Şurasının müstəqil üzvüdür.

Eldar Mansurovun iki oğlu var. Digər oğlu Ülvi Mansurov da bank sektorunda fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!