Eldar Namazov sədr postundan uzaqlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Eldar Namazov sədr postundan uzaqlaşdırıldı

Siyasət

23 Noyabr 2019 05:45 1327


Deportasiya Qurbanları Mərkəzinin İdarə Heyətinin iclası keçirilib.

“Yeni Sabah” Reyting.az xəbər verir ki, iclasda təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb. Müzakirələr zamanı istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilovun təklifi ilə Köçəri Nağıbəylinin təşkilatın sədri seçilməsi məsələsi müzakirə olunub. Xalq şairi Vahid Əziz, professor Eldar Abbasov, professor Paşa Qəlbinur, general Əli Ömərov, politoloq Eldar Namazov və digər ziyalılar bu təklifi dəstəkləyiblər. Beləliklə, K. Nağıbəyli təşkilatın sədri seçilib.

İdarəyə Heyəti bu vaxta qədər təşkilata sədrlik etmiş politoloq Eldar Namazova fəaliyyətinə görə təşəkkür edib. pizza sifarişi

İclasda soydaşlarımızın Ermənistandan deportasiya olunmasının 30 illiyinin qeyd edilməsi haqqında da qərar verilib. Bu məqsədlə tədbirlərin keçirilməsi, bu tarixi hadisənin gündəmdə saxlanılması razılaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!