Eldar Namazovun səhhətində problemlər yarandı -   Əməliyyat olundu

saytların hazırlanması

Evə çatdırılma

Eldar Namazovun səhhətində problemlər yarandı - Əməliyyat olundu

Siyasət

23 Oktyabr 2025 11:41 909


Azərbaycan Prezidenti katibliyinin keçmiş rəhbəri, Prezidentin sabiq köməkçisi, tanınmış politoloq Eldar Namazovun səhhətində problemlər yaranıb.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Bildirilib ki, E.Namazov oktyabrın 21-də Bakıdakı xəstəxanalardan birində əməliyyat olunub və hazırda müalicəsi davam edir. Dördpendirli pizza

Politoloqun vəziyyəti normalıdır.

Səhhətində yaranan problemlə əlaqədar E.Namazov bir müddət işə çıxa bilməyəcək.

Qeyd edək ki, politoloq hazırda İctimai Televiziyada çalışır. O, “Aydınlıq” – Eldar Namazovla” verilişinin aparıcısıdır.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!