“Eldənizdən geriyə iki balası qaldı” - Qətlə yetirilən polis kapitanı dəfn edildi

saytların hazırlanması

Evə çatdırılma

“Eldənizdən geriyə iki balası qaldı” - Qətlə yetirilən polis kapitanı dəfn edildi

Hadisə

24 İyun 2024 18:37 919


Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

Dəfn mərasimində polis kapitanının ailə üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

"Balaca qardaşım dedi ki, ürəyimə damıb, Eldənizlə bağlı problem var. Əlaqə saxlamağa çalışdıq, zəng çatmadı. Sonra hadisə barədə məlumat aldıq. Çox ürəkli oğlan idi. Eldənizdən geriyə iki balası qaldı", - deyə qardaşı Elmir Məmmədov Baku TV-yə açıqlamasında bildirib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!