“Elə adam mənim gəlinim ola bilməz” - Brilliant Dadaşovadan şou əhlinə - Video

saytların hazırlanması

Evə çatdırılma

“Elə adam mənim gəlinim ola bilməz” - Brilliant Dadaşovadan şou əhlinə - Video

Şou

22 Noyabr 2019 12:09 2067


ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi Xalq artisti Brilliant Dadaşova olub.

“Yeni Sabah” xəbər verir ki, ən böyük arzusunun nənə olmaq olduğunu deyən müğənni oğluna şou-biznesdən qız almayacağını da söyləyib:

“İndiki uşaqlar valideynlərini adla çağırırlar. Oğlum da məni adımla çağırır. İstəyərəm mənə nənə desinlər. Nənə sözü çox gözəldir. Oğluma şou-biznesdən qız almaram. Özüm sənətdəyəm heç vaxt şou göstərmirəm. Gəlinimin musiqiçi olmağını istəyərəm, amma şou mənlik deyil. Oğlum özü sevsə, sənət insanı ilə evlənməyini istəyərəm, amma şou yox. Onlar başqa təbiətli insanlardır. Akrobatik hərəkətlər mənlik deyil. Gündəm olmaq üçün heç bir hərəkətdən çəkinmirlər. Elə adam mənim gəlinim ola bilməz. Özüm kimi ciddi olmalıdır. Oğluma qarşı necəyəm, gələcək həyat yoldaşına qarşı da elə olacağam. İstəyərəm oğlumu sevsin, oğlum da onu bərk sevsin. Qısqanc qayınana dünya görüşü dar olan adamdır. Hələ gəlin namizəd yoxdur. Oğlum heç kimi bəyənmir”. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!