“Elə bilirsiz İran böyük sevgidən bizi dəstəkləyir?!“

saytların hazırlanması

Evə çatdırılma

“Elə bilirsiz İran böyük sevgidən bizi dəstəkləyir?!“

Rəsmi

09 Fevral 2023 14:51 1553


"İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu ilk növbədə özü üçün edir".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentin spikeri Alen Simonyan danışıb.

Onun sözlərinə görə, İran böyük sevgidən Ermənistanın tərəfində deyil: Toyuqlu pizza

“O, dövlət maraqlarından çıxış edərək silah satır və onun daşınması ilə məşğul olur. Eyni şey Rusiyaya da aiddir. Sizcə, Rusiya öz maraqlarını bir kənara qoyub deməlidir: “Biz erməniləri çox sevirik. Yaxşı konyakları var. Gəlin onlar üçün nəsə edək... Əlbəttə, yox. Bütün ölkələrin, o cümlədən bizim də öz maraqlarımız var”

A. Simonyan əmin edib ki, Ermənistanın Qarabağ problemindən başqa qlobal problemi yoxdur:

“Bizim Qarabağdan başqa nə problemimiz var? 30 ildir bu məsələ ilə məşğuluq. 30 ildən sonra nə oldu? Müharibə başladı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!