“Elə ölkələr var ki, orada heç bir tədbir görülmür” – Vasif Talıbov

saytların hazırlanması

Evə çatdırılma

“Elə ölkələr var ki, orada heç bir tədbir görülmür” – Vasif Talıbov

Rəsmi

30 Dekabr 2020 07:30 937


Naxçıvan şəhərində yeni "Gənclər şəhərciyi" yaşayış kompleksi istifadəyə verilib.

“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov bildirib ki, Sahibkarlığa Kömək Fondundan layihənin icrasına 3 milyon manat kredit ayrılıb. Sahibkarlar üçün yaradılan şərait və göstərilən qayğı bu layihənin də uğurla icra olunmasına imkan verib.  Sezar pizza

Vasif Talıbov "Gənclər şəhərciyi" yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: 2019-cu ilin iyun ayında təməli qoyulan yaşayış kompleksi bu gün istifadəyə verilir. Muxtar respublikada 462 minə yaxın əhali yaşayır ki, onların 142 mindən çoxu, yəni 31 faizi gənclərdir. Ona görə də Naxçıvan Muxtar Respublikasında gənclərin təhsili və məşğulluğu sahəsində tədbirlər görülür, onların dövlət və özəl müəssisələrdə işləmələri üçün hərtərəfli şərait yaradılır, mənzillə təmin olunmaları üçün yaşayış kompleksləri tikilib istifadəyə verilir. 

Son illər Naxçıvan şəhərində ümumi mənzil sayı 900-ə yaxın olan 21 yaşayış binası tikilib istifadəyə verilib, gənclərin ipoteka kreditləri ilə mənzil sahibi olmalarına şərait yaradılıb. Bu işlər muxtar respublikanın bütün rayon mərkəzlərində də aparılır, yeni yaşayış binaları tikilir, gənclər ipoteka krediti ilə mənzil sahibi olurlar. İstifadəyə verilən "Gənclər şəhərciyi" yaşayış kompleksində 6 binada 132 mənzil vardır. Həmin mənzillərin 102-si ipoteka krediti ilə satılıb. Bu gün təməli qoyulacaq yeni şəhərcik də gələcəkdə gənclərin mənzil tələbatını ödəyəcəkdir. Bütün bunlar dövlətin vətəndaşına, gələcəyi olan gənclərə göstərdiyi qayğının, eyni zamanda dövlət-xalq birliyinin nümunəsidir.

Ali Məclisin Sədri deyib: İpoteka kreditləri o gənclərə verilir ki, onlar dövlət və özəl qurumlarda, eləcə də digər sahələrdə uğurla fəaliyyət göstərir, ölkənin inkişafına töhfə verirlər. Yaşayış kompleksində 10-a yaxın yeni iş yeri açılıbdır ki, burada da gənclər çalışacaqlar. Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi öz bəhrələrini verir. Bu gün istifadəyə verilən yaşayış kompleksi də ölkəmizdəki inkişaf, sabitlik və firavan həyat tərzinin göstəricisidir. Bunlar mühüm amillərdir. Çünki elə ölkələr vardır ki, orada gənclərin mənzil sahibi olması üçün heç bir tədbir görülmür. Buna görə də hər bir gənc göstərilən qayğıya cavab olaraq işlədiyi sahədə fəaliyyətini düzgün qurmalı, ölkəmizin davamlı inkişafına töhfə verməlidir.

Sonra kompleksin tikintisində əməyi olanlara hədiyyələr təqdim olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!