Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsi əsaslı şəkildə yenidən qurulub   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsi əsaslı şəkildə yenidən qurulub - VİDEO

Sosial

14 Fevral 2025 10:28 159


Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir. Pepperoni pizza

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7.5 metrdir.

Layihə çərçivəsində torpaq işləri, yol yatağı və yol əsasının inşası, daha sonra lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetirilib. Ardınca yol avadanlıqlarının və yol nişanlarının quraşdırılması işləri aparılıb.

Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular və suötürücü boruların tikintisi də icra olunub. Belə ki, yolboyu suların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Layihə üzrə ümumi uzunluqları 338.6 metr təşkil edən 7 körpünün inşası da yekunlaşıb.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılıb.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!