Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşdü

Siyasət

14 Noyabr 2025 17:40 633


Baş nazir Əli Əsədov noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşüb.

Bu barədə “Yeni Sabah”a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib. 

Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib. pizza hut

Ötən müddət ərzində Bankın Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına dəstək verdiyi bildirilib. Eyni zamanda nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.

Azərbaycanın Asiya İnkişaf Bankının az inkişaf etmiş ölkələrə yardım göstərilməsi təşəbbüsünün iştirakçısı olduğu, ölkəmizin Bankın Asiya İnkişaf Fonduna ianələr ayırdığı diqqətə çatdırılıb.

Eyni zamanda ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, həmçinin bu ərazilərin investisiya potensialı barədə məlumat verilib.

Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında cari ilin iyul ayında təsdiqlənmiş 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində prioritet istiqamətlər üzrə  əməkdaşlıq imkanları, o cümlədən metro şəbəkəsinin genişləndirilməsi, dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi, su təchizatı sisteminin yaxşılaşdırılması və ikitərəfli gündəlikdə duran bir sıra digər perspektivli layihələr müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!