Əli Əsədov gömrük rüsumları haqda yeni qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov gömrük rüsumları haqda yeni qərar imzaladı

İqtisadiyyat

20 İyul 2026 17:07 489


Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, idxal edilən dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat gömrük yığımı alınacaq. pizza sifarişi

Armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün isə 100 manat gömrük yığımı müəyyənləşdirilib.

Qərar 31 dekabr 2026-cı ilə qədər qüvvədədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!