Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşdü

Siyasət

16 Dekabr 2025 13:34 448


Dekabrın 16-da Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.

Bu barədə “Yeni Sabah”a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib. 

Görüş zamanı Azərbaycan Respublikasının Rusiya Federasiyasının müxtəlif subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığı qeyd olunub. Dördpendirli pizza

Ticarət-iqtisadi və investisiya sahələrində qarşılıqlı fəaliyyətin artırılması, nəqliyyat-logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb.

Həştərxan vilayəti tərəfindən Qubadlı rayonunda uşaq bağçasının inşası qeyd edilib.

Söhbət zamanı “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına, həmçinin Xəzər dənizinin dayazlaşması probleminə xüsusi diqqət yetirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!