Əli Əsədov   QƏRAR İMZALADI

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov QƏRAR İMZALADI

Siyasət

27 Noyabr 2025 19:16 4535


Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydasında dəyişiklik edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Tarif Şurası Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də rəyini almalı olacaq. Dördpendirli pizza

Xatırladaq ki, bu günə qədər bununla bağlı İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in rəyləri alınırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!