Əli Əsədov qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov qərar imzaladı

Sosial

10 Dekabr 2025 13:56 1819


Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi qaydası təsdiqlənib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 Qayda mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, həmçinin yerli özünüidarəetmə orqanları tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin aparılması qaydasını müəyyən edir. Dominos pizza

 Qiymətləndirilməni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi keçirəcək. Bu Qayda əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!