Əli Əsədov Xarici İşlər Nazirliyi ilə bağlı   QƏRAR İMZALADI

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Xarici İşlər Nazirliyi ilə bağlı QƏRAR İMZALADI

Siyasət

02 Dekabr 2025 18:10 855


Baş nazir Əli Əsədov Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının üzvlərinin sayının və tərkibinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qərarla XİN-in kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir: pizza mizza

Kollegiyanın sədri:

Azərbaycan Respublikasının xarici işlər naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası xarici işlər nazirinin müavinləri

"ADA" Universitetinin rektoru

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin rəisi.

Həmçinin, Qərarla "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarı ləğv edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!