“Əli Əsədovun baş nazir təyin olunması təsadüf deyil” -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Əli Əsədovun baş nazir təyin olunması təsadüf deyil” - Açıqlama

Siyasət

08 Oktyabr 2019 14:02 2149


“Əli Əsədovun Baş nazir postuna gətirilməsi təsadüfi təyinat deyil”. 

Bu sözləri “Yeni Sabah”a keçmiş deputat, Naftalanın icra başçısı olmuş, YAP Siyasi Şurasının üzvü Musa Musayev deyib. O, Əli Əsədovdan böyük gözləntilərinin olduğunu qeyd edib: 

“Əli Əsədov bizim partiya yoldaşımızdır, eyni zamanda Yeni Azərbaycan Partiyası Siyası Şurasının üzvüdür. Onu da deyim ki, Əli Əsədov 1992-1993-cü illərdə Yeni Azərbaycan Partiyasının yaranmasında, təşkilatlanmasında xidməti olan yoldaşdır və onun təyinatı təsadüfi deyil. Əli Əsədov uzun müddət Prezident Administrasiyasında çalışmış, iqtisadiyyatımızı yaxşı bilən, idarəçilikdə xüsusi təcrübəsi olan şəxsdir”. pizza sifarişi

Musa Musayev əlavə edib ki, ölkə başçısının Əli Əsədovu Baş nazir təyin etməsi ona olan böyük etimaddır. Keçmiş deputatın sözlərinə görə, Əli Əsədov bu etimadı doğruldacaq: “O, şərəfli, ləyaqətli, ağır yükün altına girib. Belə düşünürəm ki, o, bu işin öhdəsindən şərəflə, ləyaqətlə gələcək. Təcrübəli şəxsdir. 

Nazirlər Kabineti çoxtərəfli, çoxşaxəli qrumdur. Orada hər bir sahəni ən əsası da, sənayeni, iqtisadiyatı, idarəçiliyi bilmək lazımdır. Bu keyfiyyətlərin də hamısı Əli Əsədovda var. Mən onu bir Azərbaycan vətəndaşı, partiya yoldaşı olaraq ürəkdən təbrik edir, bu şərəfli işində uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

Eyni zamanda mənə elə gəlir ki, Əli Əsədov Baş nazir təyin olunandan sonra Nazirlər Kabinetinin strukturunda dəyişiliklər edəcək, islahatlar aparacaq. Çünki Nazirlət Kabineti çevik bir quruma çevirilməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!