Əli Əsədovun vəzifə verdiyi jurnalistdən ilk   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədovun vəzifə verdiyi jurnalistdən ilk AÇIQLAMA

Siyasət

19 Noyabr 2019 12:17 1361


"Bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olundum. Mənə göstərilən yüksək etimada görə təşəkkür edirəm!".

"Yeni Sabah" bildirir ki, bunu jurnalist İbrahim Məmmədov "Facebook" hesabında yazıb. 

O, bu etimadı doğrultmağa çalışacağını bildirib: pizza

"Artıq bir aydan çoxdur ki, Prezident İlham Əliyev yeni Baş nazir təyin edib və Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatda dönüş etmək üçün mühüm tapşırıqlar qoyub. Prezidentin dərin islahatlarla bağlı siyasi iradəsini icra etmək məqsədilə Nazirlər Kabinetinə yeni kadrlar cəlb olunub. Yeni iş tempi, fəaliyyət metodları, yeni yanaşmalar tətbiq edilməkdədir. Qarşısında ciddi vəzifələr qoyulmuş və gözləntilərin yüksək olduğu bu komanda ilə işləmək şansı verildiyi üçün çox məmnunam və etimadı doğrultmağa çalışacağam. Bir daha hər kəsə minnətdaram!

Əvvəlki mətbuat xidmətinin rəhbəri, dostum Ayaz Mirzəyevə bundan sonrakı işlərində böyük uğurlar arzulayır və əməkdaşlığa ümid edirəm!".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!