Əli İnsanovu toya buraxmadılar

saytların hazırlanması

Evə çatdırılma

Əli İnsanovu toya buraxmadılar

Maraqlı

29 Noyabr 2021 13:34 1995


Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Musavat.com-a hüquq mühafizə orqanlrındakı mötəbər mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, sabiq nazir paytaxtın Xətai rayonu ərazisində yerləşən “Valensiya” şadlıq sarayında keçirilən, tanınmış ictimai-siyasi fəal İlkin Rüstəmzadənin bacısının toy mərasimində iştirak etmək üçün həmin şadlıq sarayına gedibmiş. pizza

Məlumatda bildirilir ki, toyda iştirak edəcək qonaqların COVID-19 pasportu polis əməkdaşları tərəfindən yoxlanılarkən ixtisasca həkim və digər vətəndaşlara nümunə olmalı olan Əli İnsanovun vaksinasiya olunmadığı müəyyən edilib və o, şadlıq sarayından geri qaytarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!