“Əli İnsanovun duyğularını xəyalıma da gətirə bilmərəm” - Əli Nağıyev

saytların hazırlanması

Evə çatdırılma

“Əli İnsanovun duyğularını xəyalıma da gətirə bilmərəm” - Əli Nağıyev

Siyasət

27 Mart 2019 19:04 1237


“Bu məsələ barədə heç nə deyə bilmərəm. Mən Əli İnsanov deyiləm. Onun vəziyyətinə düşüb, ondan sonra qərar vermək olar”. 

Bunu  hakim Yeni Azərbaycan Partiyasının (YAP) ideya müəllifi və qurucularından biri, partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev bu günlərdə həbsdən azad edilən keçmiş səhiyyə naziri Əli İnsanovun mərhum Heydər Əliyevin məzarını ziyarət etməməsinə münasibət bildirərkən deyib. 

Keçmiş nazir bildirib ki, başqasının adından açıqlama vermək  doğru deyil: Sezar pizza

“14 illik əzabdan sonra Əli İnsanovun duyğularını xəyalıma da gətirə bilmərəm. Onunla heç vaxt düşmən olmamışam. İndi bu adamın adından hər hansı açıqlama verməyim nə dərəcədə doğrudur?!”.

Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!