“Əli İnsanovun ətrafında süni ajiotaj yaradılıb”

saytların hazırlanması

Evə çatdırılma

“Əli İnsanovun ətrafında süni ajiotaj yaradılıb”

Siyasət

27 Noyabr 2019 08:13 1299


“Əli İnsanovun partiya yaratması hikkədən doğan bir addımdır”. 

Bu sözləri Yenisabah.az-a “Tolerant” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Azər Rəşidoğlu keçmiş nazir Əli İnsanovun partiya yaratmasını şərh edərkən bildirib. 

Azər Rəşidoğlunun fikrincə, Əli İnsanov partiya quruculuğu artıq ilk uğursuzluğa imza atıb: “Əli İnsanovun ilk uğursuzluğu partiyanın adı ilə bağlıdır. Bu adam birbaşa korrupsiya ilə bağlılığına, səhiyyə sistemini çökdürən əsas adamlardan biri olduğuna və səhiyyənin çökməsindən ən çox əziyyət çəkənlərin kasıb təbəqə olduğuna görə ona münasibət heç zaman müsbət olmayıb.  Pepperoni pizza

Digər tərəfdən, müxalifət liderlərini, mətbuatını güllələməyə, məhv etməyə çağıran odioz fiqur kimi tanınıb. Xalqdan hələ də buna görə üzr istəməyib. Amma Haqq Ədalət Partiyası yaradır. Bu baxımdan partiyasının adı lağ-lağıya çevrilib”.  

Siyası şərhçinin fikrincə, Əli İnsanovun ətrafında süni ajiotaj yaradılıb. O, cəmiyyətin dəyişiklik istədiyini və indiki müxalifət partiyalarının da bu dəyişikliklərin önündə gedə bilmədiyini düşünür: “Ona görə də, hər bir yeni müxalif qüvvəyə müəyyən ümidlər bəslənir. Müəyyən müddətdən sonra bu ümidlər puç olur. O baxımdan Əli İnsanovun bir atımlıq barıtı olduğunu güman edirəm. Müəyyən müddətdən sonra ona bəslənən ümidlər də puça çıxacaq. O, müxalifətin dəyirmi masasında iştirak etsə də, partiya yaratsa da, fərqi yoxdur, ona münasibət mənfidir, həmin demokratiyanı boğan bəyanatlarına, səhiyyəni iflic vəziyyətə saldığına görə. 

Digər tərəfdən, Əli İnsanov istər YAP sədrinin müavini, istər həbsdə olduğu dövrdə, istərsə də həbsdən çıxandan sonra verdiyi bəyanatlarla siyasətdə yeniliyə səbəb olacaq heç bir tezislə çıxış etməyib. Onun son bəyanatları və təşkilat yaratması hikkədən doğan bir şeydir. Güman etmirəm ki, ora toplaşanlar demokratik dəyişikliyə səbəb olacaq addımlar atsınlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!