İranın ali rəhbəri ayətullah Seyid Əli Xamnəi ilk dəfə ölkədə baş verən kütləvi etirazlara münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, o, etirazçılara çağırış edib.
Ali rəhbər iranlıları birliklərinə sahib çıxmağa çağırıb. Pepperoni pizza
O, bəzi üsyançıların ABŞ-ni razı salmaq üçün ictimai əmlaka ziyan vurduğunu bildirib.
İranın ali lideri ABŞ Prezidenti Donald Trampın adını çəkərək “öz ölkənizdəki problemlərlə məşğul olun” deyib.
Qeyd edək ki, dekabrın 28-də İranın paytaxtı Tehranda sahibkarların təşəbbüsü ilə başlayan aksiyalar qısa müddət ərzində ölkənin 30-dan çox vilayətinə yayılıb. Küçələrə çıxanlar qiymət artımlarına etiraz edirlər.
İran İnsan Haqları Təşkilatının məlumatına əsasən, iğtişaşlar zamanı 2 minə yaxın şəxs həbs edilib, etirazçılardan 29 nəfər öldürülüb, 64-ü yaralanıb.
İranın dövlət mediasının iddiasına görə isə, aksiyalar başlayandan bəri təhlükəsizlik qüvvələrini təmsil edən 295 nəfər yaralanıb.
İlhamə Qasımlı
Telegram kanalımız