Əlilliyi olan 90 nəfər istirahət mərkəzinə getdi

saytların hazırlanması

Evə çatdırılma

Əlilliyi olan 90 nəfər istirahət mərkəzinə getdi

Sosial

29 May 2019 12:50 1091


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, daha 90 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə göndərilib. 

"Yeni Sabah" xəbər verir ki, həmin əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, həmçinin onlara  istirahət etmək imkanının yaradılmasına görə Azərbaycan  Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

Əlilliyi olan şəxslərin istirahətinin təşkili  nazirliyin “2019-cu il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.  Dördpendirli pizza

Bu il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10 gün müddətində istirahətinin təşkili nəzərdə tutulub. Bu ayın ortalarından başlayaraq onlardan artıq 180 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.  

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!