Əlimizdə konkret faktlar yoxdur - Paşinyandan ETİRAF

saytların hazırlanması

Evə çatdırılma

Əlimizdə konkret faktlar yoxdur - Paşinyandan ETİRAF

Rəsmi

23 Fevral 2023 13:51 1193


Ötən gün Haaqa məhkəməsində ermənilərin irəli sürdüyü bir sıra iddialar rədd edilib. 

Modern.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında İrəvanın irəli sürdüyü iddiaların rədd edilməsindən söz açıb. 

O etiraf edib ki, Qarabağa təbii qaz və elektrik enerjisinin verilməməsi ilə bağlı erməni tərəfindən qaldırılan iddia sübuta yetirilmədiyi üçün rədd edilib. "Həqiqətən də bununla bağlı əlimizdə konkret faktlar yoxdur", - deyə Paşinyan bildirib.  Marqarita pizza

Qeyd edək ki, bu gün mətbuata açıqlama verən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun sözlərinə görə, Ermənistan konkret olaraq həmin ərazinin qaz və elektrik enerjisi ilə təchizatı, sonradan buna əlavə olaraq, hətta fiberoptik internetlə təchizatı ilə əlaqədar qəsdən, qərəzli şəkildə hansısa müdaxilə edildiyini irəli sürmüşdü: 

“Bu məsələləri Ermənistan 2021-ci ilin martından mütəmadi şəkildə qaldırıb. Azərbaycan da davamlı şəkildə öz mövqeyini bildirib. Mövqeyimiz ondan ibarət olub ki, 30 il müddətində həmin əraziyə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilib və Azərbaycan öz öhdəliyinə düşə biləcək bu və ya digər məsələlərin təmin edilməsi, öz ərazimizdən keçən qaz xəttinin təmiri ilə bağlı Ermənistanla əməkdaşlığa hazırdır. Orada yaşayan hansısa bir vətəndaşın hüquqlarının pozulmadığına dair sübutlar məhkəməyə təqdim olunub. Məhkəmə də Azərbaycanın bu mövqeyini dəstəkləyib. Qərarda qeyd olunub ki, Azərbaycan tərəfi qaz, elektrik və internet xidmətinin təchizatına heç bir müdaxilə etməyib və bu iddiaların heç bir əsası yoxdur”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!