Elina üçün “İnşallah, sağ qalmaz” deyən kimdir? - Video

saytların hazırlanması

Evə çatdırılma

Elina üçün “İnşallah, sağ qalmaz” deyən kimdir? - Video

Kriminal

12 Aprel 2019 17:51 1260


Özünü 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyeva ilə bağlı daha bir detal üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, Xəzər TV-nin “Səni axtarıram” verilişində bunu Elinanın atası Ədalət Hacıyev deyib. O, bildirib ki, qızı özünü atdıqdan sonra onu direktorun otağında sorğu-suala tutublar və bu videoqeydə alınıb. Elinanın yaşadığı ünvanı soruşan zaman otaqda olan qadınların biri “İnşallah, sağ qalmaz” deyir. 

Proqramda iştirak edənlər həmin şəxsin kim olduğunu bildiyini desələr də, ad açıqlanmayıb. Marqarita pizza

Həmin videonu təqdim edirik. Diqqətlə qulaq asdıqda qadının “İnşallah, sağ qalmaz” sözü aydın eşidilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!