Əliyev, Putin və Paşinyan görüşə bilər

saytların hazırlanması

Evə çatdırılma

Əliyev, Putin və Paşinyan görüşə bilər

Siyasət

18 May 2022 01:40 1350


Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilə bilər.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-ın “Qarabağ məsələsinin nizamlanması yollarının axtarışı çərçivəsində yaxın gələcəkdə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli sammitin keçirilməsi mümkündürmü?” sualına cavab olaraq bildiirb.

O, üçtərəfli görüşün olacağını istisna etməyib: pizza hut

“Biz 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların ən yüksək səviyyədə gerçəkləşdirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. Əgər belə bir ehtiyac yaranarsa, üzbəüz görüşün təşkilini istisna etmirik. Mayın 12-də Düşənbədə Sergey Lavrov MDB Nazirlər Şurasının iclasında Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqların gedişində Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrini müzakirə edib”.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!