Elman Rüstəmov vəzifədən getdi   - Yeni təyinat

saytların hazırlanması

Evə çatdırılma

Elman Rüstəmov vəzifədən getdi - Yeni təyinat

Maraqlı

26 Noyabr 2021 12:42 2967


Elman Rüstəmov Şahmat Federasiyasının prezidenti vəzifəsindən azad edilib.

Yenisabah.az-ın məlumatına görə, noyabrın 26-da Gənclər və İdman Nazirliyində Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb. pizza

İclasda AŞF-in son illərdəki fəaliyyəti barədə qurumun prezidenti Elman Rüstəmovun hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. 2007-ci ildən prezident funksiyasını yerinə yetirən Elman Rüstəmov növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.

Tədbir iştirakçıları vitse-prezident Mahir Məmmədovu 4 il müddətinə AŞF-in prezidenti seçiblər.

Konfransda komandalararası Avropa çempionatında bürünc alan qadınlardan ibarət yığma üzvlərinə hədiyyə verilib.

Qeyd edək ki, Mahir Məmmədov FİDE-də vitse-prezident postunu tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!