Elmar Məmmədyarov Türkiyəyə getdi

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarov Türkiyəyə getdi

Siyasət

09 Noyabr 2019 09:17 830


Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 24-cü iclasında iştirakı məqsədilə Türkiyə Respublikasında işgüzar səfərdədir.

Bu barədə "Yeni Sabah"a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gün Antalyada Elmar Məmmədyarov başda olmaqla ölkəmizin geniştərkibli heyətinin iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 24-cü iclası keçiriləcək. Pepperoni pizza

Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub.  Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür və təşkilatda ən fəal ölkələrdəndir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!