Azərbaycan cüdoçusu Elmar Qasımov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatını medalsız başa vurub.
“Yeni Sabah” xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançımız yarımfinala qədər irəliləsə də, bu mərhələdəki rəqibi portuqaliyalı Jorje Fonsekaya məğlub olub.
Qasımov təsəlliverici görüşdə yaponiyalı Aaron Volfla üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Qasımov 5-ci yerlə kifayətlənib. pizza mizza
Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.
Telegram kanalımız