Elməddin Cəfərovun avtomobili partladı: “Gördüm ki, Fərda qaçır...” - Video

saytların hazırlanması

Evə çatdırılma

Elməddin Cəfərovun avtomobili partladı: “Gördüm ki, Fərda qaçır...” - Video

Şou

11 İyun 2022 19:18 2334


"Fərdayla ilk dəfə maşın almışdıq. Hazırda o maşından yoxdur, 1974-ci ilin modeli idi. Getdiyimiz yerdə avtomobil partladı. Açarı yox idi, naqilləri birləşdirərək maşını işə salırdıq. Alanda demişdilər ki, avtomobili işə salanda və söndürəndə ehtiyatlı olun".

Yenisabah.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov qonaq olduğu "10-da görüşək" səhər şousunda deyib. 

Aktyor illər əvvəl başına gələn hadisə barədə danışarkən, sürücüləri diqqətli olmağa çağırıb: pizza sifarişi

"Normalda maşını işə salanda partlamalıdır, bizdə əksinə oldu. Sükan arxasında Fərda idi. Soruşdum ki, nə oldu? Bir də gördüm ki, Fərda düşüb qaçıb, Ayna Sultanovanı keçib. Əslində isə təşvişə düşəndə qaçmaq olmur. Mən də təşvişdə idim, şüşə qaldıranı dartırdım ki, qapı açılsın. Zülmlə açıb düşdüm".

Bizim.media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!