“Götür şələ-şüləni çıx get“ - Elnarə Abdullayeva gəlinlərlə bağlı elə sözlər dedi ki...   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Götür şələ-şüləni çıx get“ - Elnarə Abdullayeva gəlinlərlə bağlı elə sözlər dedi ki... - Video

Şou

20 Oktyabr 2019 13:21 1938


"Gəlib qayınananın, qayınatanın sözünə baxmayacaqsansa, sənə verilən bu evdə rahat otura bilməyəcəksənsə, çıx get. Əgər qayınananın sözünü yeyə bilmirsənsə, qayınatanın sözünü həzm edə bilmirsənsə, götür şələ-şüləni çıx get".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Azərbaycanın əməkdar artisti, müğənni Elnarə Abdullayeva ATV-də yayımlanan "Gündən günə" verilişində deyib. 

Xanım müğənni bu vəziyyətlə razılaşmadığını söyləyib. pizza

"Mən ev almışamki sən gəlib mənim günümü qara edəsən? Mən bununla razılaşmıram. Sən gəlməmisən mənim evimi, ocağımı dağıt-duğut etməyə. Gəlin qayınana və qayınata ilə bir evdə yaşayırsa, orada sözsüz ki, qayınana və qayınatanın sözü keçir".

Qeyd edək ki, müğənninin bu sözləri sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Onun fikri ilə razı olanlar olsa da, bu fikri sərt şəkildə tənqid edənlər də az olmayıb. /BAKU.WS

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!