“Əlvida deyə bilmərəm” - Poçettinodan vida mesajı

saytların hazırlanması

Evə çatdırılma

“Əlvida deyə bilmərəm” - Poçettinodan vida mesajı

İdman

22 Noyabr 2019 09:35 1332


“Tottenhem”dən istefaya göndərilən Maurisio Poçettino sabiq komandası ilə vidalaşıb.

“Yeni Sabah” xəbər verir ki, argentinalı çalışdırıcı paltardəyişmə otağında taktiki gedişlərin qeyd edildiyi lövhəyə təşəkkür mesajı yazıb: “Hər birinizə çox təşəkkürlər! Əlvida deyə bilmərik... Siz həmişə qəlbimizdə qalacaqsınız”.

Qeyd edək ki, 2014-cü ildən London klubunda baş məşqçi olan 47 yaşlı mütəxəssis yaxın günlərdə Premyer Liqadakı uğursuz çıxışına görə vəzifəsindən istefaya göndərilib. Komanda onun rəhbərliyi altında ötən mövsüm Çempionlar Liqasının finalına qədər irəliləyib. Finalda isə “Liverpul”a məğlub olub. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!