Elxan Məmmədov UEFA-da komitə sədri seçildi

Elxan Məmmədov UEFA-da komitə sədri seçildi

İdman Veb saytların hazırlanması

31 May 2019 09:57 993


Mayın 29-da Bakı şəhərində ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.

Xatırladaq ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!