Əməkdar artist Elza Seyidcahanla qalmaqalı yaşadığı müğənni Elçin Cəfərovla barışdığını bildirib.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, barışıq addımı Elçindən gəlib:
“Elçin Cəfərov yazdığım şeiri başa düşməmişdi. Bəstəkar Tərlan Məmmədhüseynovun səs yazma studiyasında üz-üzə gəldik. Elçin gəldi, məni öpdü. Sağ olsun, məni böyük kimi gördü, dedi ki, məni qınamayın, yazdığınız şeiri başa düşmürəm. Toyuqlu pizza
Ona Məhəmməd Füzulidən, Nizami Gəncəvidən, Nəsimidən, Əlyağa Vahidin şeirlərindən bir neçə misra dedim, təhlil etdim. Amma dedi ki,yenə başa düşmədim. Buna görə də Elçindən incimədim. Dedim ki, mənə şər və böhtan atıb deyə bilmərsən ki, Elza tərbiyəli yazmır. Kim tərbiyəli fikirləşmirsə, tərbiyəsizdir”.
Xatırladaq ki, Elçin bir müddət əvvəl verilişlərin birində Əməkdar artistin şeirləri haqqında deyib: “Açıq deyəcəyəm bu abırlı bir şey deyil. Bu ayıb bir şeydir”.
Telegram kanalımız