Əmək müqavilələrinin sayı 95 minə yaxın artıb

saytların hazırlanması

Evə çatdırılma

Əmək müqavilələrinin sayı 95 minə yaxın artıb

Sosial

04 İyun 2019 07:55 856


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən 2019-cu ilin əvvəlindən bu günədək qeydiyyata alınmış əmək müqavilələrinin sayında  (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla)  95 minə yaxın artım qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, həmin əmək müqavilələrindən 66268-i qeyri-dövlət, qalanı dövlət sektorunda bağlanıb.  

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir. Pepperoni pizza

Qeyd edək ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım özünü göstərmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!