Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən işçi qrup BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) əməkdaşları, aidiyyəti QHT-lərin rəhbərləri ilə görüş keçirib.
“Yeni Sabah” xəbər verirki, görüşdə məqsəd övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi sahəsində aparılan işlərlə bağlı məlumatların verilməsi, bu sahədə rəy və təkliflərin öyrənilməsi olub.
İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov övladlığagötürmə sahəsində Azərbaycanda qurulacaq yeni idarəetmə modelinin övladlığa götürülən uşaqların mənafelərinin üstün tutulması, onların gələcək layiqli həyatının təmin edilməsi prinsipinə əsaslanacağını vurğulayıb. Sezar pizza
İşçi qrupun üzvü, nazirliyin Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev dövlət başçısının Fərmanı ilə övladlığagötürmə sahəsində nazirliyə verilən səlahiyyət və tapşırıqlar barədə məlumat verib, bu tapşrıqların icrası sahəsində aparılmış işlərə, hazırlanan yeni idarəetmə modelində övladlığagötürmə prosesinə dair təqdimatla çıxış edib.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov, UAFA-nın nümayəndəsi, Birləşmiş Krallığın uşaq müdafiəsi üzrə sosial iş üzrə lisenziyalı mütəxəssisi Co Şat, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalova, “Umid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin sədri Nigar Mənsimova və başqaları çıxış ediblər. Onlar övladlığagötürmə sahəsində yeni idarəetmə modelinin hazırlanması ilə bağlı rəy və təkliflərini bildirib, nazirliyin ictimai iştirakçılıq müstəvisində bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını müsbət dəyərləndiriblər.
Telegram kanalımız