Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) haqqında xoş sözlər yazıb.
“İndi Space TV-nin səhər proqramına baxıram. Aparıcı, Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) Zəngilanın işğalı ilə bağlı söylədikləri məni yaxşı mənada təəccübləndirdi, Tünzalə xanımın fikirlərində vətənpərvərlik yüksək , Vətən sevgisi təbii idi”, - Mirzəzadə qeyd edib.
Tünzalə Əliyeva da millət vəkilinin bu sözlərinə cavab verib. Çox hörmətli və dəyərli millət vəkilimiz Aydın Mirzəzadə, diqqətinizə və gözəl sözlərinizə görə çox təşəkkür edirəm”, - deyə “Toppuş bacı” bildirib. pizza hut
Telegram kanalımız