Emin Ağalarov Cennifer Lopeslə  tanışlığından danışdı   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Emin Ağalarov Cennifer Lopeslə tanışlığından danışdı + VİDEO

Şou

11 Mart 2025 10:01 207


Xalq artisti Emin Ağalarov dünya şöhrətli müğənni Cennifer Lopeslə ilk tanışlığından bəhs edib.

Yenisabah.az xəbər verir ki, o, bu görüşün 20 il əvvəl baş verdiyini bildirib.

"Atam ABŞ-dan qayıdıb dedi ki, Cennifer Lopesin komanda üzvləri ilə görüşüb. O zaman Lopes ilk geyim kolleksiyasını təqdim edirdi və onun mağazasının Rusiyadakı ticarət mərkəzimizdə açılmasını istəyirdi. Təxminən, bir il sonra bu baş verdi və onun ilk mağazası Rusiyada fəaliyyətə başladı. Həmin vaxt Cennifer Lopes Mark Entoni ilə münasibətdə idi və açılış tədbirinə birlikdə qatıldılar. pizza sifarişi

Daha sonra mən onun Bakıda konsertini təşkil etdim. 20 min tamaşaçı vardı, hər şey uğurla keçdi. Mən də səhnəyə çıxdım və konsertdən sonra kulisdə yenidən görüşdük" – deyə Emin Ağalarov xatırlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!