Emin Ağalarov həmin faciədən yazdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Emin Ağalarov həmin faciədən yazdı - Fotolar

Şou

23 Mart 2025 13:03 353


Rusiyada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan “Crocus City Hall”da təşkil edilən faciəvi terror aktından 1 il keçir.

Yenisabah.az xəbər verir ki, Xalq artisti Emin Ağalarov onlara aid olan məkandakı hadisə ilə bağlı paylaşım edib. 

"Düz bir il əvvəl unudulması mümkün olmayan dəhşətli bir hadisə baş verdi. 22 mart, 2024-cü ildə "Crocus City Hall"da terror aktı qurbanlarının xatirəsinə ehtiramla. Terror qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və acılarına şərik oluram. Yüzlərlə insanın həyatını xilas etmək üçün özünü qurban verməkdən çəkinməyən hər kəsə sonsuz təşəkkürlər. Əbədi yaddaşlarımızdasınız..." deyə, Ağalarov paylaşımında yazıb.  Sezar pizza

Qeyd edək ki, terror ötən il martın 22-si axşam saatlarında bir qrup silahlı yaraqlı “Piknik” qrupunun konserti zamanı kompleksə girərək atəş açıb. Daha sonra bina alovlanıb və çöküb. Faciədə 145 nəfər həlak olub, 551 nəfər yaralanıb. Hadisə ilə bağlı 10-dan çox şəxs həbs edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!