“Emin Əmrullayev dostuna, sinif yoldaşlarına vəzifə verir” –   SENSASİON ittiham

saytların hazırlanması

Evə çatdırılma

“Emin Əmrullayev dostuna, sinif yoldaşlarına vəzifə verir” – SENSASİON ittiham

Sosial

14 Fevral 2025 10:03 11703


“Tanınmış təhsil ekspertlərinin dediyinə görə Elm və təhsil naziri Emin Əmrullayev təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr verir. Məsələn, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə vaxtilə şəkər zavodunda işləyəni, Ümumtəhsil siyasəti şöbəsinə isə Dəniz vağzalında inzibati işdə çalışmış bir nəfəri təyin edib”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə keçmiş millət vəkili, təhsil eksperti Etibar Əliyev çıxış edib.

Nazir Emin Emrullayevi sərt tənqid edən E. Əliyev fikirlərini belə davam etdirib: Sezar pizza

“Sual yaranır. Məqsəd nədir? Fərz edək ki, kimsə nazirin dostu, yaxud sinif yoldaşıdır. Bu amilə söykənib ona (onlara) ölkənin strateji sahəsi olan təhsildə yüksək vəzifəmi verilməlidir? 

Bu adamlar Gəncədə Aqrar universiteti bitirmiş Anar Qədiməliyev adlı birisini də Gəncə-Daşkəsən Regional təhsil idarəsinə müdir göndərmişdilər. Həmin regionunda məktəb və baxça sistemini sözün əsl mənasında məhv elədi. Bir neçə tanınmış pedaqoq insult və infarkt keçirdi. Prokurorluğa və məhkəməyə daxil olan şikayətlərin sayı hesabı olmadı. 

Bu xidmətlərinə görə Emin Əmrullayev onun vəzifəsini böyütdü. Bakı şəhəri üzrə Təhsil idarəsinə müdir müavini vəzifəsini ona verdi. Deyilənlərə görə yüksək dağıdıcılıq qabiliyyəti nəzərə alınıb yaxın günlərdə onu idarəyə müdir qoymaq istəyir. 

Yenə də sual verirəm. Məqsəd nədir? Orta təhsili poliqona çevirməkdə məqsədiniz nədir? Orta məktəb tam şəkildə repetitorların ixtiyarına verilib. Nizam-intizam pozulub. Məktəblərdə bıçaqlanma hadisələrinin sayı - hesabı yoxdur. Əgər uşaq məktəbə gəlmirsə hansı tərbiyədən danışmaq olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    ...bunun daha da yaxsi orneyi var...ve bundan sonra da, bu bir "qanuni" hal aldi...efsuslar...qohum-eqraba, dost-tanis olkesine cevrildi...
    1 year ago
  • Vüqar
    Çox düz qatılıram sözlərə təhsil məhv olur maaş yox 5 ildi qalxmır müəllim acından ölür yalandan məlumat verirlər müəllimin maaşı 1500dür absütdur sertfikasiya bəlası məhv edib müəllim dərs keçsin ya setifikasiyaya hazırlansın 5 il müddətin maaş 35 artacaqmış oda 51 +yığsan biyabırçılıqdıe
    1 year ago
  • Elnarə
    Bu gün 179 N məktəbdə uşaqlar yağışın altında zəngi gözləyirdilər.Məktəbə buraxmadılar . Biz də məktəbdə oxumuşuq . Yağış yağanda içəridə foyedə gözləyirdik.Bu təzə qanundur? Uşaqlar çöldə yağışın altında!
    1 year ago
  • RAHİM
    SƏN NECƏ " deputat" TƏYİN edildikdə ONLAR da qabiliyyət bacarıqlarına görə deyil, tanışlıqla NAZİRLİYİ TALAN ETMƏK ÜÇÜN TƏYİN OLUNUBLAR. TƏHSİLDƏN BAŞI ÇIXMAYANLAR MÜƏLLİMLƏRİ İMTAHAN EDİRLƏR.
    1 year ago