“Emin Əmrullayev nə danışdığını anlamır”   - ŞOK İTTİHAM/VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Emin Əmrullayev nə danışdığını anlamır” - ŞOK İTTİHAM/VİDEO

Siyasət

07 İyul 2023 22:26 16077


Elm və təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır.

Yenisabah.az xəbər verir ki, bu sözləri ekspert Samir Əliyev "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, 2021-ci ildə ölkə əhalinin sayı 10,2 milyon nəfər olub. Bunların 6,6 milyon nəfərinin yaşı 25 və yuxarıdır. Onların da 60%-i təxminən 4 milyon nəfər edir. Nazirin sözlərinə inansaq bu qədər insan oxuduğunu başa düşmür: Dördpendirli pizza

“Bilmirəm nazir bu fikrə hardan gəlib. Əminəm ki, bu istiqamətdə araşdırma da olmayıb. Belə olan halda nazir niyə məsuliyyətsiz fikir bildirir. Oxuduğunu anlamamaq savadsızlığın bir elementidir. Hökumət də deyir ki, ölkədə savadlılıq 100%-ə yaxındır. Belə çıxır ki, nazir təmsil olunduğu, ona layiq olmadığı vəzifəni verən hökumətin rəqəmlərini yalana çıxarır. 

Mən düşünürəm ki, nazir nəinki qeyd etdiyi 60% kateqoriyasına daxildir, hətta deyərdim o heç danışdığını da anlamır”.

Ekpertin bu paylaşımına Nazirlikdən reaksiya gecikməyib. Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov tənqidi paylaşıma belə cavab verib:

"Samir müəllim, hər vaxtınız xeyir. Təəssüf edirəm ki, siz faktı təhrif etmisiniz. Yəqin ki hansısa mənbədən konteksti çıxararaq bu məsələyə baxmısınız. Əslində bugünki tədbirdə Emin müəllim oxuyub anlamaq bacarıqları ilə bağlı suala cavab verərəkən bu mövzuda danışıb. Və orada qeyd edib ki, bizdə oxuyub anlamaqdan daha çox ifadəli və ya sürətli oxuma bacarıqları formalaşdırılıb zaman-zaman. PİSA tədqiqatlarına istinadən bunu vurğulayıb ki, ən çox əziyyət çəkdiyimiz oxuyub anlamaq bacarığı ilə bağlı olan məsələdir. Oxuyub anlamaq bacarığının zəif olması savadsızlıq anlamına gəlmir. Məsələn, beynəlxalq dil imtahanları zamanı qısa müddətdə suallara daha düz cavab vermək bu bacarıq əsasında müəyyən olunur. Bu təkcə bizim deyil, həm də bütün dünyanın problem məsələsidir. Mən hər ehtimala videonu da yerləşdirirəm ki siz daha düzgün mənbədən xəbər tutasınız".

Həmin videonu təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!