Emin Mahmudov “Neftçi” tarixinin rekordçusu oldu

saytların hazırlanması

Evə çatdırılma

Emin Mahmudov “Neftçi” tarixinin rekordçusu oldu

İdman

05 Mart 2025 17:26 291


Premyer Liqanın 25-ci turunun son oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Yenisabah.az xəbər verir ki, “Kəpəz”lə səfərdəki görüşün start heyətində yer alan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirir. O, yubiley matçına qədər 43 qola imza atıb.

Emin Premyer Liqada yalnız bir klubun – “Neftçi”nin formasını geyinib. O, Azərbaycan çempionatları tarixində “ağ-qara” formada 200 matç keçirən ilk oyunçudur. Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur. pizza hut

Mahmudov Premyer Liqada 2017/18 mövsümündə debüt edib. O, 2017-ci ilin sentyabrın 24-də səfərdə “Qəbələ”yə qarşı (1:2) forma geyinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!