Bu il 47-cisi baş tutan nüfuzlu “Emmy” mükafat mərasimində bir ilk yaşanıb.
"Yeni Sabah" "NTV"yə istinadən xəbər verir ki, Nyu-Yorkda keçirilən tədbirdə Türkiyənin məşhur aktyoru Haluk Bilginer də mükafat alıb.
Aktyor ssenarisi məşhur yazar Hakan Gündaya məxsus olan və rejissorluğunu Onur Saylakın etdiyi “Şahsiyyet” serialındakı roluna görə “Ən yaxşı aktyor” mükafatına layiq görülüb. Beləliklə də, o, “Emmy” alan ilk türk aktyor kimi adını tarixə yazdırıb. Sezar pizza
H.Bilginer mükafatı aldığı üçün çox xoşbəxt olduğunu bildirib:
"Çox yaxşı hiss edirəm. Özümdən çox Türkiyə üçün sevinirəm".
Qeyd edək ki, H. Bilginerin həmin nominasiya üzrə rəqibləri İngiltərədən Kristopher Ekkleston (BBC - "Come Home"), Braziliyadan Rafael Loqam (Barry Company – "Impuros") və Almanyadan Yannis Nivyoner (Amazon - "Beat") olub.


Telegram kanalımız